Payxtaxt Bakı şəhərində Zəfər Günü böyük əhval-ruhiyyə ilə qeyd olunub.
Metbuat.az-ın müxbirinin verdiyi məlumata görə, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin təsdiq etdiyi plana əsasən, "8 Noyabr - Zəfər Günü" münasibətilə Bakı şəhərinin müxtəlif yerlərində hərbi orkestrlərin nümunəvi çıxışları yerinə yetirilib. Paytaxtın "Sahil Parkı" adlanan ərazisində də hərbi marşlar ifa olunub.
Qeyd edək ki, noyabrın 8-i saat 16:00-dan 18:00-dək hərbi orkestrlər paytaxtın müxtəlif istiqamətlərində nümunəvi çıxışlar ediblər. Çıxışlar əhali tərəfindən də böyük maraqla qarşılanıb.