AZAL və "Buta"nın rəsmi saytlarında problem yaranıb

Aviabiletlərin bronlaşdırılması və alınması ilə bağlı yaranmış problemlərlə əlaqədar olaraq "Azərbaycan Hava Yolları" (AZAL) və "Buta Airways" aviaşirkətlərinin rəsmi saytlarında texniki işlər aparılır.

AZAL-dan Metbuat.az-a verilən məlumata görə, hal-hazırda saytlarda bilet almaq və aviaşirkətlərin reyslərinə qeydiyyat aparmaq funksiyaları müvəqqəti olaraq işləmir.

Tezliklə biletlərin bronlaşdırılması və alınması prosesi ştat rejimində bərpa olunacaq.

“Aviaşirkətlər baş vermiş narahatlığa görə üzr istəyirlər”, - məlumatda qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR