Avropanın çıxılmaz vəziyyəti: “Rusiya nefti” - Yeni sanksiyalar Rusiyaya necə təsir edəcək? / ŞƏRH

Xəbər verdiyimiz kimi, Avropa Birliyi ölkələri Rusiya neftinə sanksiyaların tətbiq edilməsi barədə razılığa gəlib. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin açıqlamasına görə, razılaşmaya əsasən Avropa Birliyi ilin sonuna qədər Rusiyadan neft idxalını 90 faiz azaldacaq.

Hazırda düşündürən suallardan biri də Avropa Birliyi ölkələrinin razılığa gəldiyi bu qərarın həm Rusiya, həm də Avropa ölkələrinə göstərəcəyi təsir ilə bağlıdır. Çünki Avropa İttifaqı neftə olan tələbatının 25 faizini, təbii qaz ehtiyacının isə 41 faizini Rusiyadan təmin edir.

Bu barədə Metbuat.az-a açıqlama verən Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov bildirdi ki, tətbiq edilən bu sanksiya Rusiya neft-qaz sənayesinə ciddi təsir edə bilər.

“Rusiya neftinə sansiya tətbiqi ilə bağlı Avropa Birliyinin üzvü olan dövlətlər və Avropa dövlətlərin əksəriyyəti fikir ayrılığı mövcud idi. Rusiyadan Avropaya gələn neftin üçdə ikisi dəniz yolu ilə qitəyə çatır. Qalan üçdə biri isə “Drujba” neft kəməri ilə qitəyə gəlir. Bu xəttin şimal hissəsi Polşa və Almaniyaya, cənub hissəsi isə Macarıstan və Slovakiyaya neft verir. Polşa və Almaniya bu xətlə Rusiyadan neft almayacaqlarını bəyan ediblər. Ən sadə məntiqlə tələb artarsa, təklif azalarsa, qiymət artacaq. Bu sanksiyalardan sonra Rusiya neftini Türkiyə üzərindən də sata bilər. Alıcılardan biri kimi Çini də göstərə bilərik. Amma bu Rusiyanın neft-qaz satışından əldə edəcəyi gəlir əvvəlki illərlə müqayisədə çox aşağı olacağı fikrini yaradır. Rusiya onsuz da bu nefti satacaq. Düşünürəm ki, İtaliya və Fransa nefti üçüncü ölkələr vasitəsilə alacaqlar. Avropa Birliyi bu və ya digər şəkildə Rusiya neftini almağa davam edəcək. Rusiya Türkiyə üzərindən satışı edəcəyi təqdirdə bu alış-verişdən əldə olunan gəlirlərə Türkiyə də ortaq olacaqdır”.

Politoloq qeyd etdi ki, ki, Avropa Birliyi dövlətləri bir neçə fərqli qaynaqlardan Rusiya neftini əldə etməyə cəhd edirlər. Bu yollardan bir də Azərbaycandır.


“Avropa Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsi, Trans-Adriatik Boru Kəməri (TAP) layihələri üzərindən Rusiya qazına müştəri çıxacaqdır. Zamanla bunun ixrac potensialı da artırılacaq. İkinci yol Qətər və Türkmənistan vasitəsi ilə mümkün ola bilər. Eyni zamanda İran və Misirlə danışıqlar aparılır. Hətta Suriyada müharibənin davam etməsinə baxmayaraq, Suriya neft qazından da istifadə oluna bilər. Müxtəlif formada tədbirlər həyata keçirilməyə çalışılsa da Rusiya əvvəlki iqtisadi gücünü saxlaya bilməyəcəkdir. Bu Rusiyanın özünün daxilində problemlərin artmasına, mərkəzdənqaçma meyllərinin güclənməsinə gətirib çıxara bilər. Bunun nəticəsində regionda geosiyasi və geostrateji mövqelər dəyişə bilər”.

Türkiyənin Marmara Universiteti Avropa Araşdırmaları İnstitutu Müdir Köməkçisi Dos. Dr. Əmixhan Göral mövzuyla bağlı açıqlamasında qeyd edib ki, Avropa Birliyi bu sanksiyanı tətbiq edəcəyi təqdirdə enerji sahəsində əziyyət çəkəcəkdir.


"ABŞ neft təklifini artırmağa çalışır. Düşünürəm ki, Səudiyyə Ərəbistanı ilə təmaslar, bu nöqtədə hətta Venesuelaya tətbiq edilən sanksiyalar da yumşalda bilər. Ümumiyyətlə bu sanksiyalar uzunmüddətli perspektivdə həyata keçirə bilməz. Zamanla ABŞ-ın dəstəyi ilə təqdim olunacaq alternativlər yeni addımları müəyyənləşdirəcək. Çünki ictimaiyyət qiymət artımları səbəbiylə narazılıq edəcəyi təqdirdə enerji sanksiyalarının sosial olaraq davam etdirilməsinin mümkün olmayacaq”.

Qeyd edək ki, Almaniya kansleri Olaf Şolz Avropa İttifaqının Rusiyaya tәtbiq etdiyi sanksiyaların davam etdirilmәsinin vacibliyini vurğulayıb.Olaf Şolz Brüsseldə keçirilən Aİ liderlәr sammitindәn sonra mətbuat konfransı tәşkil edib. Olaf Şolz Avropa İttifaqının indiyәdәk Rusiyaya qarşı beş sanksiya paketi tәtbiq etdiyini deyib. Rusiyaya qarşı altıncı sanksiya paketinin hazırlandığını ifadә edәn Olaf Şolz sanksiyaların davam etdirilmәsinin vacibliyini qeyd edib. Şolz bildirib ki, bu məhdudlaşdırıcı tədbir çərçivəsində Rusiyadan idxal olunan neft və təbii qaza sanksiyanın qoyulması nəzərdə tutulur.

“Sanksiyaların açıq bir məqsədi var: Rusiyanı bu müharibəni bitirmək və qoşunlarını Ukraynadan çıxarmaq üçün səfərbər etmək və Ukrayna ilə ədalətli sülh razılaşması əldə etmәsini tәmin etmәk’’deyə Şolz açıqlamasında bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR