Çin gəmiləri Yaponiya ərazisinə daxil oldu

Çinin Sahil Mühafizə xidmətinə məxsus 4 gəmi Yaponiya ərazisinə daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə Yaponiyanın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, gəmilər Yaponiyanın balıqçı gəmilərinə yaxınlaşmağa cəhd göstərib. Yaponiya Çinin həmləsinə cavab olaraq sahil mühafizə gəmilərini hərəkətə keçirib. Xəbərdarlıqdan sonra Çin gəmiləri bölgəni tərk edib. Qeyd edək ki, Çin və Yaponiya arasında mübahisəli ərazilər var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR