PSJ ilə müqaviləsini uzadan Mbappedən ŞOK:

"Paris Sen-Jermen" klubu ilə yeni razılaşma imzalayan Kilian Mbappenin şok tələbi üzə çıxıb.

Metbuat.az “Daily Mail”ə istinadən xəbər verir ki, Mbappe Neymar və baş məşqçi Poçettinonun da aralarında olduğu 14 nəfərin klubdan göndərilməsini tələb edib. İddialara görə, Mbappe tələbini klub rəhbərliyinə bildirib. Bildirilir ki, məsələ müqavilə danışıqlarının davam etdiyi vaxtda gündəmə gəlib. Klub rəhbərliyinin Mbappenin tələbinə necə cavab verdiyi məlum deyil.

Lakin iddia edilir ki, Mbappe "Paris Sen-Jermen" ilə müqaviləsinin müddətini artırdığına görə, böyük ehtimalla klub rəhbərliyi futbolçunun istəyinə müsbət yanaşıb.

Qeyd edək ki, “Real Madrid”ə transfer olması gözlənilən Mbappe, fransız təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. O, ildə 100 milyon avro məvacib alacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR