Medvedev Qərbi tənqid etdi -

"Görünür, Qərb keçmişin ən yaxşı təcrübələrini təkrar etmək qərarına gəlib. Gəlin sanksiyaları götürək. İkiqat qanunsuzluq var. İndi onlar bu davranışları ilə, təkcə siyasi hadisələrin iştirakçıları - dövlət xadimləri və ya deputatlara deyil, həm də onların ailə üzvləri qohumlarına təsir etmək istəyirlər".

Metbuat.az TASS-a istinadən xəbər verir ki, bu açıqlamanı Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev edib. O, Qərb hakimiyyətini rusiyalı siyasətçilərin qohumlarına qarşı özbaşına və qeyri-qanuni sanksiyalara görə tənqid edib.

"Avropa və amerikalı qanunvericilər qərar verəndən sonra bu o deməkdir ki, onların sanksiyalarına görə siyasi şəxslərin ailələri də cavab verməlidir. Nəticədə təqsirsiz olan şəxslərin bank hesabları bağlanılır, onlar Qərb sərhədindən keçmək istəyən zaman maneələrlə qarşılaşırlar. Bu qanunsuzluqdur" deyə Medvedev qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR