ABŞ-da benzinin qiyməti tarixi maksimuma çatdı

ABŞ-da benzinin qiyməti yenidən tarixi maksimumunu yeniləyərək bir qallon (3,785 litr) üçün 4,81 dollara çatıb.

Metbuat.az xarici KİV-lərə istinadla xəbər verir ki, ölkənin hazırkı prezidenti Co Bayden vəzifəyə gəldikdən sonra yanacağın qiyməti iki dəfə qalxıb.

Belə ki, iyunun 4-də ölkədə "Regular" markalı benzinin bir qallonunun qiyməti 4,8 dollara qalxıb, Baydenin andiçməsindən sonrakı ilk həftədə - keçən il yanvarın sonunda - bu rəqəm 2,39 dollar olub.

Kaliforniya ştatında benzinin bir qallonu 6,3 dollar səviyyəsinə qalxıb. Bu ölkə üzrə ən yeksək göstəricidir. Nevada, Arizona, Alyaska və Oreqonda da yanacağın qiyməti artmaqda davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR