Pikedən ayrılan Şakiradan GÖZLƏNİLMƏZ ADDIM:

12 ildir birlikdə olduğu “Barselona”nın futbolçusu Jerar Pikedən ayrılan müğənni Şakira, sosial mediada ardıcıl olaraq 3 aktyoru izləməyə başlayıb.

Metbuat.az xəbər verir ki, Şakira xarici görünüşləri ilə diqqət çəkən Kris Evans, Henri Kavill və Skut İstvudu izləməyə başlayıb. Diqqətçəkən məqam budur ki, Şakiranın izləməsinə Kris Evans dərhal qarşılıq verib. Xarici KİV-lərdə onların sevgili olmaq üçün ilk addımlarını atdıqları yazılıb.

Qeyd edək ki, Şakiranın Pikedən xəyanət etdiyinə görə ayrıldığı bildirilir. Pike və Şakiranın iki övladı var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR