Meymunçiçəyi növbəti pandemiyaya çevrilə bilər?

Koronavirusdan sonra meymunçiçəyi də növbəti pandemiyaya çevrilə bilər?

Metbuat.az "The Conversation" nəşrinəThe Conversation istinadən xəbər verir ki, meymunçiçəyi kimi yoluxucu xəstəliklərin ortaya çıxması COVID-19 pandemiyasından sonra insanlar arasında böyük narahatlıq yaradıb.

Meymunçiçəyi indiki inkişaf etmiş dünyada yayılana qədər mövcud tropik xəstəlik idi. Lakin bu halların trayektoriyası Afrikadakı ötürülmə nümunəsi ilə birlikdə virusun pandemiyaya çevrilməyəcəyini göstərir.

Bəs çiçək peyvəndi meymunçiçəyi xəstəliyindən qoruyurmu?

Nəşrin məlumatına görə, çiçək peyvəndi - meymunçiçəyi ilə təmasdan əvvəl və ya sonra tətbiq olunur. Bu peyvəndlər meymunçiçəyi infeksiyasının qarşısını ala və ya təsirini azalda bilər. Bununla belə, köhnə nəsil çiçək vaksinləri barədə nadir hallarda olsa da, ciddi mənfi təsirlər ortaya çıxıb. Müasir peyvəndlər isə artıq mövcuddur və immun sistemi zəif olanlar da daxil olmaqla, bütün insanlar arasında istifadə üçün təhlükəsiz hesab olunur.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin İmmunlaşdırma Təcrübələri üzrə Məsləhət Komitəsi isə virusa məruz qalmadan əvvəl peyvənd tövsiyə edir. Peyvəndin ticarət adı ABŞ-da "Jynneos", Kanadada "Imvamune" və Avropada "Imvanex"dir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR