Lavrov Türkiyəyə getdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə rəsmi səfər edib.

Metbuat.az xəbər verir ki, iyunun 8-də Lavrovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə danışıqları planlaşdırılır.

Nazirlər Ukrayna, Suriya, Liviya və Qarabağ nizamlanması, həmçinin Balkanlar, Əfqanıstan və Mərkəzi Asiyadakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.

Bundan əlavə, Lavrov və Çavuşoğlu Qərbin Rusiyaya qarşı sanksiyaları kontekstində ticari-iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR