Gömrük üzrə dövlət büdcəsinə 2 mlrd. manatdan çox vəsait köçürülüb

Dövlət Gömrük Komitəsi bu ilin yanvar-may ayları üçün nəzərdə tutulan büdcə öhdəliyini 120,03% yerinə yetirib.

Metbuat/az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Tviter“ hesabında yazıb.

O qeyd edib ki, 2 mlrd. 63,79 mln. manat vəsait dövlət büdcəsinə köçürülüb ki, bu da nəzərdə tutulan proqnozu 344,39 mln. manat üstələyir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR