Türkiyə üçün tarixi gün:

Türkiyənin Qara dənizdə aşkar etdiyi 540 milyard kubmetr qazın nəqli üçün boru xəttlərinin quruda döşənməsinə başlanılıb.

Metbuat.az xəbər verir ki, təbii qazın quruya çıxarılması üçün uzunluğu 170 kilometrə çatan boru xətti döşənəcək. Borunun dənizdən çəkilməsini təmin edəcək “Castoro-10” gəmisi artıq bölgəyə çatıb. Əsas gəmiyə əlavə 13 gəmi dəstək verir. İlk borunun dənizdə döşənməsi ilə bağlı Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 3 gün sonra rəsmi tədbir keçiriləcək.

Qeyd edək ki, Türkiyə Qara dənizdə aşkar edilən təbii qazın 2023-cü ildə istifadəyə verməyi planlaşdırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR