Ərdoğanın “Zarafat etmirəm, sonu fəlakət olacaq” sözləri rezonans yaratdı:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın Egey dənizindəki hərbi fəaliyyəti ilə bağlı “Zarafat etmirəm, sonu fəlakət olacaq” sözləri rezonans yaradıb.

Metbuat.az xəbər verir ki, Avropa və Yunanıstan mediası Ərdoğanın açıqlamalarına geniş yer verib. Yunanıstan mediası Ərdoğanın sözlərini “Zarafat etmirəm. Bir gecə qəflətən gələ bilərik” başlığı ilə oxucularına çatdırıb. Avropa mediası isə yazır ki, Türkiyə Avropanın və ABŞ-ın Yunanıstana dəstəyinə baxmayaraq mövqeyində qətidir. Türkiyənin bölgədə təşkil etdiyi hərbi təlimlərin də Yunanıstana xəbərdarlıq olduğu diqqətə çatdırılıb.

Qeyd edək ki, Yunanıstanın hərbi fəaliyyətin qadağan edildiyi adaları silahlandırması Türkiyədə etiraz yaradıb.Rəcəb Tayyib Ərdoğan Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə, beynəlxalq müqavilələrə əməl etməyə çağırıb. O bildirib: “Beynəlxalq müqavilələrə əməl edin. Yunanıstanı təhrik etmələrini soyuqqanlı şəkildə qarşıladıq. Ancaq bu səbrimiz qarşı tərəfdə səhv başa düşülür. Yunanıstan ağlını başına alsın. Türkiyə lazım olanda hüquqlarını müdafiə etmək üçün geri addım atmaz”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR