İranda ardıcıl 3 güclü zəlzələ baş verdi

İranın cənubundakı Hörmüzgan vilayətində rixter cədvəli üzrə 5,2 bal gücündə zəlzələ baş verib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın rəsmi mənbələri məlumat yayıb. Bildirilir ki, yeraltı təkanların episentri yerin 8 kilometr dərinliyində qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss edilib. Məlumata görə, bu gün həmçinin bölgədə 4,4 və 4,5 bal gücündə iki zəlzələ qeydə alınıb. Fəsadlar barədə məlumat yoxdur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR