Vüsal Qasımlı “Fintex Sammit”in açılış mərasimində çıxış edib - FOTOLAR

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Fintex Assosiasiyasının tərəfdaşlığı və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə Fintex Sammiti keçirlib. İİTKM-in icraçı direktoru professor Vüsal Qasımlı tədbirdə açılış nitqi edib.

Metbuat.az-a bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.

V.Qaslımlı bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında hazırlanan “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda rəqəmsal iqtisadiyyatın genişləndirilməsi, o cümlədən, maliyyə texnologiyalarının tətbiqinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Maliyyə texnologiyalarının inkişafını rəqəmsal ödənişlər, rəqəmsal sərmayə, alternativ maliyyələşdirmə, rəqəmsal aktivlər və neo-bankçılıq istiqamətində təsnifləşdirmək olar. Azərbaycanda xüsusilə rəqəmsal ödənişlərin həcmi həndəsi silsilə ilə artır. 2021-ci ilə qədər rəqəmsal ödənişlərin həcminin ikiqat artması üçün cəmi iki il tələb olunurdusa, qarşıdakı dörd ildə Azərbaycanda rəqəmsal ödənişlərin daha iki dəfə artması proqnozlaşdırılır.

O həmçinin qeyd edib ki, Azərbaycanda da beynəlxalq təcrübədən istifadə edərək Fintexlər üçün əlverişli tənzimləyici mühit, o cümlədən, “innovasiya hab”ı və ya “sandboks”lar yaradıla bilər. Belə xüsusi tənzimləmə rejimində həm maliyyə texnologiyaları daha sürətlə inkişaf edir, həm də fintexlərin xidmətindən yararlanmaq imkanı yaranır. Maliyyə savadlılığının artırılması və maliyyə mədəniyyətinin yüksəldilməsi də bu sahədə rəqəmsal transformasiyaya dəstək olacaqdır. Maliyyə texnologiyalarının tətbiqi iqtisadi səmərəliliyi artırır, rəqabəti dəstəkləyir, müştəri məmnuniyyətinə səbəb olur və maliyyə inklüzivliyini yüksəldir, beləliklə, davamlı inkişafa töhfə verir. Fintex həllərinin tətbiqi Azərbaycanın bank sektorunun rəqəmsal transformasiyası və mövqelərini qoruması üçün əsas şərtdir. Maliyyə texnologiyaları üzrə yeni yol xəritəsi bu sahədə əsas çağırış və perspketivləri aydınlaşdırmaqla strateji baxışı və inkişaf istiqamətlərini müəyyənləşdirəcək.

8 panel çərçivəsində aparılan müzakirələrdə İİTKM-in department rəhbərləri Ayaz Müseyibov, Məsumə Talıbova və Ayxan Qədəşov həmçinin, 60 məruzəçi və 120 şirkət iştirak edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR