Bakıda çoxmərtəbəli binanın lifti QIRILDI -

Bakıda hündürmərtəbəli binanın lifti qırılıb.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Nizami rayonunda qeydə alınıb.

“Yeni Ev 7” MTK-ya məxsus binada lift qırılaraq şaxtaya çırpılıb.

Nəticədə liftin içərisində olan 4 qadın və 2 azyaşlı ağır xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, faktla bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR