Azərbaycan müdafiə xərclərini artırır

Bu ilin dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 084,760 milyon manat səviyyəsində müəyyən edilib.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunan "Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində deyilir. Bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 % çoxdur.

Məlumata görə, ümumi xərclərin 2 milyard 164,705 milyon manatı (əvvəlki proqnozla müqayisədə 3 milyon manat çox) müdafiə qüvvələri, 295 milyon manatı (10 milyon manat və ya 3,5 % çox) milli təhlükəsizlik, 433 milyon manatı (dəyişməyib) sərhəd xidməti, 4 milyon manatı (cüzi artıb) müdafiə və milli təhlükəsizlik sahəsində tətbiqi tədqiqatlar, 2 milyard 187,161 milyon manatı (581,6 milyon manat və ya 36,2 % çox) müdafiə və milli təhlükəsizlik sahəsinə aid edilən digər fəaliyyətlər, 2 milyard 180,442 milyon manatı (580 milyon manat və ya 36,2 % çox) xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə nəzərdə tutulub.

Məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq xərcləri isə 2 milyard 482,255 milyon manat səviyyəsində müəyyən edilib ki, bu da, təsdiq edilmiş proqnoz ilə müqayisədə 49,6 milyon manat və ya 2 % çoxdur.

Bunun 133,7 milyon manatı (əvvəlki proqnozla müqayisədə 18,9 milyon manat və ya 16,5 % çox) məhkəmə hakimiyyəti, 1 milyard 840,748 milyon manatı (84 milyon manat və ya 4,8 % çox) hüquq mühafizə, 108,6 milyon manatı (5,9 milyon manatı və ya 5,7 % çox) prokurorluq, 10 milyon manatı (dəyişməyib) məhkəmə qərarının icrası, 4 milyon manatı (cüzi artıb) hüquqi yardım, 384,9 milyon manatı (59,5 milyon manat və ya 13,4 % az) məhkəmə hakimiyyəti, hüquq mühafizə və prokurorluq sahələrinə aid edilən digər fəaliyyətləri üzrə nəzərdə tutulub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR