Ermənistan Brüssel görüşündən yayınmağa çalışır -

"Ermənistan Baş naziri Nikol Paşinyan Brüssel razılaşmalarını yerinə yetirmək və vaxt qazanmağa çalışır. Avqustun əvvəlində Brüsseldə növbəti liderlerin görüşü razılaşdırılıb. Hazırda Ermənistan rəhbərliyinin siyasəti növbəti görüşü sual altına qoyur".

Metbuat.az xəbər verir ki, bu açıqlamanı politoloq Məhəmməd Əsədullazadə edib. Politoloqun fikirlərinə görə, danışıqlarda əldə olunan razılışmalada irəliləyişin olmamasına səbəb Ermənistan tərəfinin razılığa gəlməməsi və Kəlbəcərdə strateji yüksəklikləri tutmaq üçün əks həmlələr etməyə cəhd ilə bağlıdır.

"Nikol Paşinyan müdafiə naziri Süren Papikyanı Azərbaycanla sərhədə göndərib. Görünür, Ermənistan tərəfi növbəti dəfə təxribatə əl ata bilər. Bununla Ermənistanın məqsədi strateji yüksəklikləri ələ keçirmək və danışıqlarda kiçik də olsa üstünlük əldə etməyə çalışmaqdır. Qeyd edim ki, Ermənistan prezidenti Vaaqn Xaçaturyan Zəngəzur dəhlizində maraqlı olmadıqlarını vurğuladı. Görünür, Ermənistan tərəfi sülhə və danışıqlar prosesində irəliləyiş əldə olunmasına da müsbət baxmır".

Qeyd edək ki, bir neçə gün öncə Ermənistan müdafiə naziri Suren Papikyan Ermənistan Silahlı Qüvvələrinin ikinci ordu hissəsinə, Azərbaycanla sərhədə gəlib. Müdafiə İdarəsinin rəisi, həmçinin sərhədin şimal-şərq hissəsindəki döyüş postlarına baş çəkib, aparılan mühəndis-texniki işlərin gedişi, o cümlədən hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanış olub, durbinlə Azərbaycan mövqelərinə baxıb”, – məlumatda deyilir. Qeyd edək ki, Papikyan 16 iyunda Naxçıvanla sərhədə getmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR