Qarabağdakı yol layihələrində 45 mindən artıq adam işləyir

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi indiyə qədər 38 726 nəfər Azərbaycan, 6 808 nəfər Türkiyə vətəndaşının işğaldan azad olunmuş ərazilərimizdə aparılan yol infrastrukturu layihələrində işə cəlb olunması üçün icazələr alıb.

Metbuat.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.

Məlumata görə, davamlı olaraq yol infrastrukturu layihələrində əlavə işçi qüvvəsinə ehtiyac yarandığı zaman yeni işçilərlə bağlı da icazələrin alınması davam etdirilir. Yol infrastrukturu layihələrinin icrası zamanı yerli şirkətlərlə yanaşı Azərbaycana dost ölkələrdən olan şirkətlərlə tərəfdaşlıq və təcrübə mübadiləsi aparılır, yolların tikintisində bu təcrübələrdən istifadə olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR