[ 01 İyun 2015 11:48 ]



Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Apellyasiya Məhkəməsində anasını öldürməkdə təqsirli bilinən Elvin Əzimovun apellyasiya şikayəti əsasında məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası iyunun 5-nə təyin edilib.

Qeyd edək ki, Elvin Əzimov anası Esmira Əzimovanı bıçaqlayaraq qətlə yetirib.

Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən E. Əzimov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.