Dəhşət yaşanır: 1000 nəfər öldü, yüzlərlə yaralı var -

Əfqanıstanın Paktika vilayətində baş verən rixter cədvəli üzrə 6 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 1000-ə çatıb. Yüzlərlə insan xəsarət alıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb. “Taliban” hökuməti bölgəyə lazımi yardımların cəlb edildiyini açıqlayıb. Aralarında Türkiyənin olduğu müxtəlif ölkələr Əfqanıstana dəstək təklif edib.

Məlumata görə, zəlzələ Pakistanda və Hindistanda da güclü şəkildə hiss edilib. Pakistan və Hindistanda bəzi fəsadlar olsa da, tələfat barədə məlumat yoxdur. Məlumata görə, zəlzələ ümumilikdə 119 milyon nəfərin yaşadığı 500 kvadrat kilometr ərazidə hiss edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR