Azərbaycanda ağır avtomobil qəzası:

Tovuz rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, rayonun Aşağı Quşçu kəndində "VAZ-2106" markalı iki avtomobilin toqquşması nəticəsində, 1997-ci il təvəllüdlü Hümbətov Həzirətabbas Yaşar oğlu və 2005-ci il təvəllüdlü Atayev Aykut Sahib oğlu hadisə yerində dünyasını dəyişiblər.

Daha 3 nəfər - 2009-ci il təvəllüdlü Hüseynov Uğur Rafiq oğlu, 2001-ci il təvəllüdlü Elşən Quliyev və 2002-ci il təvəllüdlü Nurlan Abbasov müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, xəsarət alanların vəziyyəti orta-ağır və ağır qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR