Tanınmış "tiktok"çu bu sözlərinə görə toydan qovuldu - VİDEO

TikTok-da paylaşdığı videolarla məşhurlaşan Tərlanın (Terlan071official) toyunda dava düşüb.

Metbuat.az Olay.az-a istinadən xəbər verir ki, bir çox TikTokerin iştirak etdiyi məclisdən Sərraf Kərimov (Ser_kerimoff) qovulub.

Buna səbəb Sərrafın səsləndirdiyi fikirlər olub. İddiaya görə, o, “Kənddə 3 kişi varsa, onların sırasında Tərlan yoxdur”, - deyə, bildirib.

Bunda sonra toyda iştirak edən bir nəfər mikrofonu götürərək Sərrafın toyu tərk etməsini istəyib. Həmin anlar sosial şəbəkələrdə gündəm olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR