Daha bir kütləvi zəhərlənmə -

Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

TƏBİB-dən Metbuat.az-a bildirilib ki, hadisə rayonun Nəsimikənd kəndində qeydə alınıb.

Bildirilib ki, 8 qadın kimyəvi zəhərlənmə diaqnozu ilə Saatlı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənmənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Qeyd edək ki, bundan öncə də Bakıda "Bolmart" marketində 28 nəfər zəhərlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR