Bakıda avtomobildən oğurluq edən şəxslərdən narkotik tapılıb

Suraxanı Rayon Polis İdarəsi 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Qaraçuxur qəsəbəsi ərazisində “VAZ-21011” markalı bir avtomobildən 2230 manat dəyərində geyim əşyaları, təmir-tikinti alətləri və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri M.Babazadə və əvvəllər məhkum olunmuş Q.Babayev saxlanılıblar.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Şəxsi axtarış zamanı onlardan heroin aşkar edilərək götürülüb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR