"Böyük Britaniyada hökumət çalxalanır, Consunu sıxışdırırlar" - Politoloq ŞƏRH ETDİ

"Böyük Britaniyada hökumət çalxalanır, nazirlər ard-arda isfefa verməklə Baş nazir Boris Consonu sıxışdırırlar. Məqsəd Boris Consonu istefaya məcbur etməkdir".

Metbuat.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O bildirib ki, Consonun istefaya məcbur edilməsi suallar doğura bilər:

"Böyük Britaniyada hökumət çalxalanır, nazirlər ard-arda isfefa verməklə baş nazir Boris Consunu sıxışdırırlar. Məqsəd Boris Consonu istefaya məcbur etməkdir. Kənar müşahidəçilərdə Boris Consonun istefaya məcbur edilməsi suallar doğura bilər. Conson səhvlərinə rəğmən, xarizmatik baş nazirdir, Böyük Britaniyanın Avropa İttifaqından uzaqlaşmasını xətasız-bəlasız həyata keçirdi və s. Digər tərəfdən Consonun partiyası parlamentdə səs çoxluğuna malikdirsə, partiyadaşlarının ona qarşı qiyam qaldırmaları da suallar doğurur.

Elxan Şahinoğlu: “Paşinyan üzərinə məsuliyyət götürmək istəmir”

Elxan Şahinoğlu

Məsələ burasındadır ki, Böyük Britaniyada uğurlu, xarizmatik, o cümlədən parlamentdə səs çoxluğuna malik baş naziri rəqibləri deyil, öz partiyadaşları devirə bilərlər. Sadə məntiq budur ki, hakim partiyada başqaları da özlərini baş nazir olaraq sınamalı və hakim partiyanın digər komandası iş başına keçməlidir. Böyük Britaniya tarixində Marqaret Tetçer ən uğurlu baş nazirlərdən biri idi. O 1979-cu ildə baş nazir seçildi. Tetçer ciddi islahatlar həyata keçirdi, ölkə iqtisadiyyatını ağır durumdan qurtardı, Argentina ilə müharibədə qələbə çaldı. Buna baxmayaraq, 1990-cı illərin əvvəllərində onu müxalifət deyil, öz partiyadaşları devirərək Con Meydcoru həm Mühafizəkarlar Partiyasının başına, həm də baş nazir kürsüsünə gətirdilər. O zaman da indiki üsuldan istifadə edilmişdi. Tetçeri istefaya məcbur etmək üçün indiki kimi hökumət üzvləri ard-arda istefa vermişdilər".

Politoloq düşünür ki, Boris Conson istefa verəcəyi təqdirdə qayıdacağı istisna deyil:

"Daha uzaq tarixə getsək, böyük britaniyalılar İkinci Dünya Müharibəsində ölkəsinin və bəşəriyyətin alman faşistləri üzərində qələbəsini təmin edən Uinston Çörçilə müharibə bitdikdən sonra səs vermədilər. O müxalifətə keçdi. Buna baxmayaraq, ingilislər növbəti parlament seçkilərində yenidən onun partiyasına səs verdilər və Çörçil daha 4 il baş nazir kürsüsündə oturdu. Yəni Boris Conson istefa versə də, qayıdacağı istisna deyil".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR