Azərbaycan yığmasının DÇ-2024-dəki rəqibləri bəlli olub

Futzal üzrə DÇ-2024-ün Avropa zonası üzrə əsas seçmə mərhələsinin püşkü atılıb.

Metbuat.az xəbər verir ki, mübarizəyə bu mərhələdən start verəcək Azərbaycan millisinin rəqibləri Polşa və Yunanıstan olub.

Reytinq cədvəlində 7-ci pillədə məskunlaşdığı üçün püşkatma zamanı 1-ci səbətdə yer alan yığmamız 6-cı qrupa düşüb.

Qeyd edək ki, DÇ-2024-ün əsas seçmə mərhələsinə sentyabrın 12-də start veriləcək. Oyunlar ev-səfər prinsipi ilə keçiriləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR