Keçmiş həyat yoldaşı da Günayla Bakıya gələcək

Keçmiş həyat yoldaşı da Günayla Bakıya gələcək
11:36 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyədə yaşayan azərbaycanlı model Günay Musayevanın ayrıldığı həyat yoldaşı, aktyor Tolqa Karel Bakıya gələcək.

Axşam.az-ın məlumatına görə, aktyor “Kod adı K.O.Z.” filminin martın 12-də Bakıda baş tutacaq qala gecəsində iştirak edəcək.

T.Karel bu haqda “Facebook” səhifəsində yazıb:

“Son 20 ilin ən böyük layihəsi “Kod adı K.O.Z.”un qala gecəsinə az qaldı. Bütün sevənlərimlə bu tarixlərdə birlikdəyik: fevralın 11-də Türkiyədə, 12-də Ankarada, 13-də Konyada, 15-də Trabzonda, 26-da Almaniyada, 27-də Avstraliyada, martın 1-də Hollandiyada, 12-də Azərbaycanda olacam”.

Tolqa ilə birlikdə qala gecəsində G.Musayeva da iştirak edəcək. Model ekran işində Milli İstihbarat Təşkilatının (Milli Kəşfiyyat Komitəsi) agenti Zeynəb obrazını canlandırır. “Kod adı K.O.Z.” Türkiyədəki 17 dekabr hadisələrindən (17 dekabr 2013-cü il – Türkiyədə korrupsiya və rüşvət tədqiqatı aparılıb – red.), prezident Rəcəb Tayyib Ərdoğanın baş nazir olduğu dövrdən bəhs edir.

Qeyd edək ki, G.Musayeva bir müddət əvvəl həyat yoldaşından ayrıldığını, oğlu Cahangirlə tək yaşadığını deyib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR