İki oyunda 187 qol vuruldu: Dünya belə futbol qarşılaşması izləməyib -

Qərbi Afrika ölkəsi Syerra Leonenin futbol üzrə 1-ci liqasında qeydə alınan iki böyük hesablı oyunun nəticəsi ləğv edilib.

Metbuat.az xəbər verir ki, “Kahunla Rangers” - “Lumbebu United” arasındakı oyun 95:0 hesabı ilə bitib. Həmin liqadakı Gulf FC” - “Koquima Lebanon” arasındakı oyun isə 91-1 hesabı ilə bitib. Futbol federasiyası oyun alqı-satqısı şübhəsi ilə hər iki oyunun nəticəsini ləğv edib. Maraqlısı budur ki, həmin oyunların birinci hissələri 2:0 və 7:1 hesabı ilə bitib. Federasiya rəhbəri nəticələri “utancverici” adlandırıraraq, oyun alqı-satqısında iştirak edənlərin polisə təslim ediləcəyini ifadə edib.

“Lumbebu United” rəhbərliyi məsuliyyəti rəqibin üzərinə atıb. “Koquima Lebanon” rəhbərliyi isə “dostluq” oyunu olduğunu irəli sürərək, hesabın normal olduğunu ifadə edib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR