Deputat “Komedixana”nı sərt tənqid etdi:

"Təsadüfən Xəzər tv-nin "Komediaxana" kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü. Görəsən, bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi?"

Metbuat.az xəbər verir ki bu fikirləri millət vəkili Etibar Əliyev özünün feysbuk hesabında yazıb. O, Xəzər tv-də yayımlanan "Komediaxana" verilişini tənqid edib.

"Təsadüfən Xəzər tv-nin "Komediaxana" kimi urvatsız bir verilişinə baxdım. Bir məsələ məni düşündürdü. Görəsən, bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Bunlara komediya haqqında dərslər, aktyorluq dərsi, davranış dərsi keçilibmi? Baxanda hiss edirsən ki, bunlar, deyəsən, televiziya rəhbərinin bayağı yumoru və davranışından başqa heç nə öyrənməyiblər. Yaxşı, onda hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz? Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz? Bayağı hərəkətlər, duzsuz yumorlar, seçilmiş küçə mövzuları bunların yalnız özlərinə xoş gələ bilər. Vaxtilə televiziyalarda efirə gedən "Komediyalar aləminə səyahət" verilişini səbirsizliklə gözləyərdik. Ağ-qara göstərən televizorda yaddaşlarımızdan indi də silinməyən məzmunlu tamaşalara baxardıq. İndi plazma növlü televizorun komediyaları həmin ağ-qara göstərən televizorun bircə tamaşasına belə dəyməz. Hər şey aydındır: texnologiya var, lakin teatr və aktyorluq təhsili, istedad və sənətə hörmət yoxdur.

Bir şeyi unutdum: məktəb dərnəkləri də yoxdur ki, istedadı vaxtından əvvəl üzə çıxarsın"- deyə millət vəkili paylaşımında qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR