Ermənistan sülh danışıqlarından yayınarsa, Türkiyə ilə münasibətləri normallaşmayacaq -

"Türkiyə-Ermənistan liderlərinin telefon danışığı iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində atılan addımdır. Azərbaycan Türkiyənin Ermənistanla əlaqələrinin normallaşdırmasina qarşı deyil".

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspertin fikrincə, İkinci Qarabağ müharibəsindən sonra bu təmaslar iki ölkə arasında münasibətlərin qurulmasına və Ankaranın Ermənistanda iqtisadi mövqeyi möhkəmlənməsinə xidmət edəcək.

"Bununla, Ankaranın Ermənistana müəyyən təzyiqləri formalaşa bilər. Həmçinin Rusiyanın mövqeləri zəifləyə bilər. Bundan əlavə, Ermənistan - Azərbaycanla münasibətlərə aydınlıq gətirməsə, real sülh danışıqlarından yayınarsa, ərazi bütövlüyünü tanımasa, Ankara-Yerevan münasibətləri normallaşmayacaq. Bu məsələ ilə bağlı irəliləyiş var və Türkiyə bu məsələdə Azərbaycansız addım atmır".

M.Əsədullazadə qeyd etdi ki, hazırda Brüssel formatı dayanıb. Rusiya Brüsselin vasitəçiliyi Yerevan vasitəsilə qarşısinı alır.

"Türkiyə - Ermənistan əlaqələrinin qurulması geosiyasi şərtdir və Yerevan rəhbərliyi bunu qəbul edir. Həmçinin Yerevanda başa düşürlər ki, Qarabağ məsələsindən geri çəkilmək və sülh imzalamaq Ermənistanın Rusiyanın təsirindən qurtulmasıdır. Nikol Paşinyan Türkiyə vasitəsilə Rusiyanın təsirindən çıxmağa çalışır".

Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR