Ağsu çayda mühafizə bəndi tikilir -

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində olan suvarma sistemləri idarələri regionlarda istər suvarma sahəsində, istərsə də yaşayış və əkin sahələrinin sel sularından mühafizəsi istiqamətində fasiləsiz və səmərəli işlər görür.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib.

Hər il olduğu kimi bu il də Ağsu Suvarma Sistemləri İdarəsi tərəfindən Ağsu çayda mühafizə bəndlərinin tikintisi aparılır. Ağsu çayın sağ sahilində tikilən 1000 metr uzunluğunda olan bənd Ağsu sakininin Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılovun görüşündə olduğu zaman etdiyi müraciəti əsasında inşa edilir.

Yeni salınan bənd vətəndaşa məxsus obyektin mühafizəsini təmin etməklə yanaşı Ağsu şəhərinin də sel sularından mühafizəsini təşkil edəcək. Hazırda işlər isə yüksək keyfiyyətlə görülür.

Son vaxtlar ölkə ərazisində aramsız yağan yağışlar nəticəsində çaylarda sululuq artıb, bəzi çaylardan isə sel keçib. Yağıntının miqdarının çox olması nəticəsində Ağsu rayonunun bəzi ərazilərində dərələrdən gələn yağış suları Ağsu Suvarma Sistemləri İdarəsinin balansında olan ən böyük hidrotexniki qurğulardan birini sıradan çıxarıb. Nəticədə səkkiz kəndə suyun verilməsində fasilələr yaranıb. Ötən əsrin 60-cı illərində istismara verilən Bərkdərə akvedukuuzun illər istismar olunduğundan boruların bəzi hissələrində çürümələr baş verib. Hazırda idarənin texnikaları ilə köhnə borular çıxarılaraq yeni borularla əvəzlənir.

Qeyd edək ki, Ağsu Suvarma Sistemləri İdarəsi Ağsu rayonunun 37000 hektardan artıq suvarılan torpaq sahəsinə xidmət edir. Bu sahələrin suvarılması üçün 1000 km-ə yaxın suvarma kanalından istifadə olunur. İdarənin suvarma mənbələri Girdimançay, Ağsuçay, Yuxarı Şirvan Kanalı və Cavanşir su anbarıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR