"Paşinyan Ərdoğana yaxınlaşmağa məcburdur, əks halda..." -

“Ermənistanın Azərbaycanla danışıqlar prosesindən yayınması növbəti hərbi eskolasiyaya gətirməyəcək”.

Bu fikirləri Metbuat.az-a politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə Ermənistan-Azərbaycan əlaqələrində Türkiyə faktoru önə çıxır.

“Baş nazir Nikol Paşinyan hazırda Türkiyə ilə yaxınlaşmaq siyasəti aparır. Türkiyə ilə münasibətlər normallaşarsa, Yerevan Azərbaycanla ikitərəfli masa ətrafında əyləşəcək. Ankara bu istiqamətdə Ermənistan hakimiyyəti ilə danışıqlar aparacaq. N. Paşinyan hazırkı mərhələdə Brüssel danışıqlarından və Kremlin ordu daxilində mövqeyindən çəkinərək sülh anlaşılmasına razılaşmır. N. Paşinyan ölkə daxilində rusyönümlü müxalifəti zəiflətmək və ordu daxilində təmizləmə siyasəti həyata keçirək. Məlumdur ki, ordu daxilində rusyönümlü qrup qalmaqdadır və onlar Qarabağ klanına dəstək verə bilərlər”.

Politoloq bildirdi ki, N.Paşinyanın bütün cəhdlərinə baxmayaraq , daxildə və xaricdən təzyiqlər onu Brüssel formatında əldə olunan razılaşmaları yerinə yetirməməsinə sövq etdi. Ona görə də N. Paşinyan daxildə ordunun müəyyən qrupunun siyasətə təsirini zəiflədəcək və müxalifətin imkanlarını parçalayacaq. Artıq parlament də bunu etməyə başlayır.

“Rəsmi Bakı N. Paşinyanın son siyasətini yaxından izləməlidir. Yerevan Ankara ilə yaxınlaşaraq, daxildə müxalifəti zəiflədib Azərbaycanla sülhə nail olmağa çalışacaq. Ermənistanda daxili-siyasi vəziyyət mürəkkəb və həssasdır. Müxalifətin etirazları fiaskoya uğradığına görə, "B" planı işə salınıb, Türkiyə ilə sülh anlaşılmasının qarşısını almaq üçün hərbi çevrilişə cəhd oluna bilər. Ermənistanla siyasi-hərbi müstəvidə əsas məsələdə prezident İlham Əliyevin əsas strateji planı sülhə nail olmaq və Ermənistanı buna məcbur etməkdir. Hətta Ermənistan və Azərbaycan liderlərinin birbaşa telefon danışıqlarına da ehtiyac var. İki tərəfli telefon diplomatiyası bir çox məsələləri yoluna qoya bilər. İkitərəfli danışıqlarda Ermənistanın Qarabağ iddiasından geri çəkilməsi və qarşılıqlı ərazi bütövlüyünü tanıması mümkündür. Növbəti aylardan Ermənistan Azərbaycan münasibətlərinə aydınlıq gələcək”, - sitatın sonu.

Gülbəniz Hüseynli / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR