"3-cü dünya müharibəsi gedir, Putin qiyamət qoparacaq":

“Dünya müharibəsinin ortasındayıq. Ukraynadakı müharibə qlobal müharibədir. Qərb ukraynalılar vasitəsilə Rusiyaya qarşı mübarizə aparır”.

Metbuat.az xəbər verir ki, Serbiya Prezidenti Aleksandr Vuçiç belə açıqlama verib. O bildirib ki, Ukraynadakı müharibəni regional və ya yerli müharibə kimi səciyyələndirmək olmaz. Prezidenti bildirib ki, Ukraynadakı müharibə daha ciddi nəticələrə gətirib çıxara bilər. Vuçiç Ukraynadakı müharibənin təsirlərinin artıq digər ölkələrdə hiss olunduğuna diqqət çəkib.

“Rusiya Ukraynada bir qədərdə irəliləyərək möhkəmləndikdən sonra Qərb qarşısında konkret təkliflə çıxacaq. Qərb qəbul etməsə qiyamət onda qopacaq” - deyə Vuçiç bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR