Sədərək TM-də yanğın baş verdi -

FHN-in 112 "Qaynar" telefon xəttinə "Sədərək" Ticarət Mərkəzinin ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin peşəkarlığı və operativliyi nəticəsində qısa vaxtda yanğın söndürülüb və mağazalara keçməsinin qarşısı alınıb.

İlkin məlumata əsasən yanğın nəticəsində ümumi sahəsi 37 kv.m olan bijuteriya mağazasının lambirdən ibarət tavanı 8 kv.m sahədə və mağazanın qarşısından keçən elektrik kabeli 10 p.m və ticarət mərkəzinin 9-cu və 10-cu sıralar arası dam örtüyünə çəkilmiş üzlük 200 kv.m sahədə yanıb.

Mağazalar yanğından mühafizə olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR