Ağalıda yaşayış üçün bütün infrastruktur tam hazırdır -

"Bu gün Zəngilanda, həmçinin 58 nəfərin köçürüldüyü Ağalı kəndində məşğulluqla bağlı heç bir problem yoxdur"

Metbuat.az xəbər verir ki, bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev jurnalistlərə açıqlamasında bildirib: "Kənddə 360 şagird yerlik müasir məktəb tikilib. Təhsil ocağı bütün zəruri ləvazimatlarla təchiz olunub. 60 nəfərlik uşaq bağçası istifadəyə hazırdır. Kənddə kifayət qədər iş yerləri fəaliyyət göstərir".

Vahid Hacıyev bildirib ki, Ağalı kəndi üzrə 1000-dən çox sakin qeydiyyatdadır:

"Ağalı kəndi üzrə 1457 sakin qeydiyyatdadır ki, onlardan da 1357 nəfəri kənddə yaşamaq niyyətini bildirib. Bu gün 58 nəfərdən ibarət 10 ailə Ağalıya köçürülür. Növbəti 5 gün ərzində ümumilikdə 201 nəfər Ağalı kəndinə köçürüləcək".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR