Bakıda gəlin və qaynana arasında mübahisə ölümlə nəticələndi -

Dünən axşam saatlarında iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atan qadının intiharının yeni təfərrüatı üzə çıxıb.

Metbuat.az Oxu.az-a istinadən xəbər verir ki, qayınana gəlini Aytən Abbasova ilə mütəmadi olaraq mübahisə edirmiş.

Abbasova Aytən bu dəfə qayınanasının ad gününü təbrik etmədiyi üçün aralarında mübahisə yaranıb. Hadisə bundan sonra baş verib.

Səs-küyə gələn binanın mühafizə xidmətinin əməkdaşları mənzilin qapısını dəfələrlə döysələr də, açan olmayıb.

Qeyd edək ki, Aytən Abbasovanın həyat yoldaşı Suslan Abbasov bu gün Moskvadan Bakıya qayıdır.

Məlumata görə, Aytən Abbasova bundan öncə də intihara cəhd edib. Lakin qonşular buna mane olub.

Xatrıladaq ki, dünən axşam Yeni Yasamal yaşayış kompleksində ana iki azyaşlı övladı ilə özünü beşinci mərtəbədən atıb. Ana və 4 yaşlı Sofiya Abbasova xəstəxanaya yerləşdiriliblər.

Hadisə nəticəsində 3 yaşlı Sara Abbasova dünyasını dəyişib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR