Son iki ildə 400-dək görmə məhdudiyyəti olan şəxs mənzillərlə təmin olunub -

Həssas əhali qruplarına, o cümlədən gözdən əlilliyi olan şəxslərin sosial təminatı ilə bağlı işlər davamlı olaraq aparılır. Gözdən əlilliyi olan vətəndaşların reabilitasiyası, rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılır.

Metbuat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, ƏƏSMN tərəfindən gözdən əlilliyi olan şəxslər əlilliyə görə əmək pensiyası və ya müavinətlə, həmçinin onlardan 1-ci dərəcə əlilliyi olanlar həmin sosial təminat növləri ilə yanaşı, Prezidentin aylıq təqaüdü ilə təmin olunurlar.

Sosial islahatlara uyğun olaraq gözdən əlilliyi olanların sosial ödənişlərinin də məbləği ötən dövrdə dəfələrlə artırılıb, onlar üçün bir sıra güzəşt və imtiyazlar nəzərdə tutulub.

Nazirliyin sifarişləri əsasında icra olunan layihələrlə bu kateqoriyadan olan şəxslərin reabilitasiya xidmətləri ilə təminatı həyata keçirilir.

Gözdən əlilliyi olan şəxslərin sosial-məişət şəraitinin yaxşılaşdırılması işləri də davam etdirilir. Son illərdə onlar üçün Bakının Nərimanov rayonunda 132 mənzildən ibarət yaşayış binası tikilərək istifadəyə verilib.

Son iki ildə 400-dək görmə məhdudiyyəti olan şəxs mənzillərlə təmin olunub. Bu kateqoriyadan olan vətəndaşlarımızın sosial-məişət şəraitinin yaxşılaşdırılması davam etdirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR