İrəvan metrosunun bütün stansiyaları fəaliyyətini dayandırıb.
Metbuat.az “Sputnik Ermənistan” a istinadən xəbər verir ki, buna səbəb Fövqəladə Hallar Nazirliyinin elektron ünvanına metroya bomba qoyulması barədə məlumatın daxil olmasıdır. Nazirliyin sözçüsü Hayk Kostanyan bildirib ki, nazirliyə göndərilən məktubda bütün stansiyalara bomba qoyulduğu iddia edilib.
Onun sözlərinə görə, metrodakı sərnişinlər təxliyə edilib. Stansiyalarda axtarışlar davam edir.