Səhiyyə naziri tədbirə maska ilə qatıldı - FOTO

Səhiyyə Nazirliyində Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee ilə görüş keçirilib.

Metbuat.az xəbər verir ki, nazir Teymur Musayevin görüşə maska ilə qatılması diqqəti cəlb edib. Həmçinin görüşdə iştirak edən beş nəfərin hamısı maska taxıb.

Qeyd edək ki, son günlər Azərbaycanda və dünyada koronavirusa yoluxma sayında artım müşahidə olunur. Ötən sutka ölkədə yeni yoluxma sayı 257, ölənlərin sayı isə 4 nəfər olub.

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayaraq, qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə etmişdi.

Azərbaycanla Pakistan arasında səhiyyə sahəsinin yeni perspektivləri müzakirə edilib -


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR