"Cənab Prezidentin liderlik nümunəsi digər dövlət başçılarına örnəkdir" -

"Prezident İlham Əliyevin liderlik nümunəsi digər dövlət başçılarına örnəkdir".

Metbuat.az xəbər verir ki, bu fikirləri kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev səsləndirib:

"Müasir Azərbaycanın xilaskarı və qurucusu ulu öndər Heydər Əliyevin zamanı qabaqlayan mükəmməl siyasətini dövrün tələbləri ilə uzlaşdıraraq uğurla davam etdirən Prezident İlham Əliyevin dərin düşüncəsi, sarsılmaz qətiyyəti və yorulmaz fəaliyyəti ilə xalqın müdrikliyi və əzmkarlığının vəhdəti sayəsində yer kürəsində baş verən neqativ proseslərə, o cümlədən bütün dünyanı cənginə alan koronavirus (COVID-19) pandemiyasına, eləcə də müharibədən çıxmış ölkə olmağımıza rəğmən, dövlətimiz qüdrətlənir, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımız hərtərəfli inkişaf edir və əhalinin rifahının daha da yaxşılaşdırılması prosesinin davamlılığı uğurla təmin olunur. Bu müsbət tendensiya 2022-ci ilin birinci yarısında da davam edib. Qeyd olunan dövr ərzində iqtisadi artım və qeyri-neft iqtisadiyyatının artımı müşahidə edilib. Belə ki, iqtisadiyyat 6,2 faiz, qeyri-neft iqtisadiyyatı 9,6 faiz, sənaye sahəsində ümumi sənaye istehsalı 2,1 faiz, qeyri-neft sənaye sahəsində istehsal 11,5 faiz artıb. Eyni zamanda, əhalinin gəlirləri təxminən 20 faiz artıb. Əməkhaqları, pensiyalar, təqaüdlər və sosial müavinətlər artıb, o cümlədən şəhid ailələrinin və qazilərin rifahı daha da yaxşılaşdırılıb, onların sosial müdafiəsi gücləndirilib, həmçinin manatın məzənnəsinin sabitliyi təmin edilib. Sadalananlar qəti əminliklə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin liderlik nümunəsi digər dövlət başçılarına örnəkdir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR