I və II Qarabağ müharibələrində 11 media işçisi həlak olub

I və II Qarabağ müharibələri dövründə Azərbaycanın 11 nəfər KİV işçisi cəbhə bölgəsində həyatını itirib.

Metbuat.az xəbər verir ki, 1990-cı illərdən başlayaraq 2021-ci ilə qədər olan müddətdə Azərbaycan KİV işçiləri cəbhə bölgəsində fəaliyyət göstərərkən həyatlarını itirib, fiziki xəsarətlər alıblar, sağlamlığına ciddi zərər dəyib.

Həyatını itirənlərdən 8 nəfəri jurnalist, 3 nəfəri KİV-də çalışan texniki işçi olub. 9 nəfər KİV işçisi fiziki xəsarətlər alıb, sağlamlığına ciddi zərər dəyib. Həmçinin, Qarabağ bölgəsində mövcud olmuş 10 KİV redaksiyası fəaliyyətini dayandırmaq, yaxud, köç edib fərqli məkanlarda məskunlaşmaq məcburiyyətində qalıb. Bu redaksiyalarda çalışmış 125 nəfər KİV işçisi də öz iş yerini itirib, köçkün düşüb.

Qeyd edək ki, bu gün Azərbaycanda Milli Mətbuat Günü qeyd olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR