SON DƏQİQƏ! Rusiya ordusu Türkiyənin nəzarətindəki ərazini bombaladı

Rusiya qırıcıları Suriyanın İdlib bölgəsini bombalayıb.

Metbuat.az xəbər verir ki, hücum zamanı 7 mülki vətəndaş həlak olub. 13 sakin yaralanıb.

Qeyd edək ki, İdlib Türkiyə ordusunun və Türkiyənin tərəfində olan qüvvələrin nəzarətindədir. Hücumun Tehranda keçirilən “Suriya zirvəsi”ndən sonra təşkil edilməsi diqqət çəkir. Bundan əvvəl, İraqın Dəhük vilayətindəki mülki vətəndaşlar PKK terrorçuları tərəfindən bombalanaraq, hadisənin Türkiyə ordusu tərəfindən təşkil olunduğu irəli sürülüb.

Ekspertlər hesab edir ki, bəzi qüvvələr belə həmlələrlə Türkiyənin Suriyaya mümkün hərbi əməliyyatlarına mane olmağa çalışır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR