Nur-Sultanda karantin tədbirləri gücləndirilir

Qazaxıstanın paytaxtı Nur-Sultanda koronavirusa yoluxma hallarının artması səbəbindən karantin tədbirləri gücləndirilir.

Metbuat.az xəbər verir ki, bu barədə məlumat paytaxtın baş sanitar həkiminin imzaladığı qərarda yer alıb.

Qərara əsasən, paytaxt sakinlərinə insanların çox toplaşdığı yerlərdə maska taxmaq tövsiyə edilir.

Bununla yanaşı, 5 yaşa qədər uşaqlar istisna olmaqla, hər kəsə ticarət və əyləncə mərkəzlərində, kinoteatrlarda, xidmət məntəqələrində, avtovağzallarda, qapalı bazarlarda, ictimai nəqliyyatda maska taxılması tövsiyə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR