Müğənni Zamiq Gəncədə konsert verəcək

Müğənni Zamiq Hüseynov Gəncədə konsert verməyi planlayır.

Metbuat.az xəbər verir ki, sənətçinin növbəti musiqi marafonu 10 noyabr tarixində Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında baş tutacaq. Pop ulduz özü instaqram səhifəsində konsertinin posterini paylaşaraq "Mənə əziz olan Gəncə və əziz gəncəlilər. Sizinlə görüşməyi həyəcanla gözləyirəm. Ümid edirəm ki, inanılmaz bir gün olacaq. Görüşərik!" şərhini yazıb.

Xatırladaq ki, Hüseynov sonuncu dəfə 7 yanvarda Heydər Əliyev sarayında şəhid və qazi ailələrinə ithafən konsert vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR