On min dollara civə satmaq istəyən şəxs

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə bir nəfər şəxsin satışı qadağan edilən zəhərli kimyəvi maddə olan civə satmaq istəməsi barədə əməliyyat məlumatı daxil olub.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində həmin şəxs Hacıqabul rayon sakini Toğrul Məmmədov 1 kiloqram 618 qram civəni 10 min dollara satmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Fakla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Cinayət işi başlanılıb. Məhkəmə tərəfindən Toğrul Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR