Hacıqabul-Muğan yolunda yük maşını qəzaya uğrayıb.

Metbuat.az-a qaynar xəttinə daxil olan məlumata görə, qəza nəticəsində sürücü sükan arxasında sıxılmış vəziyyətdə qalıb. O, müxtəlif dərəcəli xəsarətlər alsa da, ətrafdakı insanlar tərəfindən həyatını xilas etmək mümkün olub.

Hadisə nəticəsində yük maşınında olan bostan meyvələri də ətrafa dağılıb.

Gülər Seymurqızı