Azərbaycan, Bakı, 1 iyun /Trend/

ATƏT-in Azərbaycandakı nümayəndəsi Aleksis Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb.

Trend-in məlumatına əsasən, bu barədə Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitterdəki mikrobloqunda yazıb: “Məlumat aldım ki, ATƏT-in Azərbaycandakı nümayəndəsi A.Şahtaxtinskinin fəaliyyət mandatı dayandırılıb”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az