Yeni tədris ilindən etibarən Zəngilanda ilk dərslər

“Yeni tədris ili üçün Zəngilan rayonunun Ağalı kəndində zəng çalınacaq və müəllimlər tədrisə başlayacaq".

Metbuat.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Bunun çox sevindirici hal olduğunu vurğulayan E.Əmrullayev buna görə Prezident İlham Əliyevə təşəkkür edib.

Nazir qeyd edib ki, orada olan məktəbə artıq direktor təyinatı da olub. O, müəllimlərin seçiminə gəlincə deyib ki, nazirlik köç prosesinin başa çatmasını gözləyir: "Çünki məktəbdə nə qədər şagirdin tədris alacağını bilməliyik. Sevindirici fakt odur ki, müəllim sayı kifayət qədərdir”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR