"Səndən üzr istəməməliyəm ki? Amma yenə də üzr istəyirəm" -

Aparıcı Azər Zahid gözdən əlil olan Qarabağ qazisi Amil Əliyevə dediyi sözlərə aydınlıq gətirib.

Metbuat.az xəbər verir ki, Amillə TikTok-da canlı yayıma çıxan aparıcı ondan aralarında inciklik olub-olmadığını soruşub. Qazi "xeyr" cavabını verib. Sonra o, qazidən üzr istəməli olub-olmadığını soruşub, qazi yenə də "xeyr" cavabını verib. Aparıcı buna baxmayaraq qazidən bir neçə dəfə üzr istəyib. Həmin anları təqdim edirik:

Xatırladaq ki, Azər sosial şəbəkədə yayılmış videosunda Amil Əliyevə zərfin içərisində pulu verərkən "Onsuz da saya bilməyəcəksən" deyib. Bu isə sosial şəbəkələrdə etirazla qarşılanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR